• Dövlət qurumları
20
Oktyabr

20 Oktyabr

Ombudsman

Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı, yaralanma və dağıntılarla əlaqədar hesabat hazırlayıb.

Trend-in məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədi ilə ardıcıl olaraq hərbi təxribatlar törədərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri...

20
Oktyabr

20 Oktyabr

Müdafiə Nazirliyi

Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb

Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımız bu gün Zəngilan şəhərində ucaldılıb.

Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə məruzə ediblər. Məruzədə deyilir: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Xatırladaq ki, oktyabrın 20-də Azərbaycan...

20
Oktyabr

20 Oktyabr

Xarici İşlər Nazirliyi

Münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq

Oktyabrın 20-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureşi ilə telefon danışığı olub.

Telefon söhbəti zamanı nazirlər bölgədə hazırkı vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxslərin və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verib. Nazir ciddi mülki insan...

20
Oktyabr

20 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır

Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır. Elektron Təhlükəsizlik Xidməti bununla bağlı operativ tədbirlər görüb və əhalini...

20
Oktyabr

20 Oktyabr

Baş Prokurorluq

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 61 nəfər həlak olub, 291 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 61 nəfər həlak olub, 291 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya...