Zəfərin yolu
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməyə davam edir.
Məktublardan bəzilərini təqdim edirik:
Şervin Nəcəfpur və Atabəy Nəcəfpurdan, Oslo, Norveç
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının və ailəmizin üzvləri adından Sizə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk.
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Bu gün dünya azərbaycanlıları Sizin ətrafınızda birləşərək daxili...
Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar. Tədbirdən öncə Türkiyənin “İstiqlal marşı” və Azərbaycan milli marşı səsləndirilib.
Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin sədri Tural İsabəyli çıxışında Ermənistanın mülki insanları qəsdən hədəf almasını cəbhədəki uğursuzluqlarının nəticəsi kimi qiymətləndirib. Bununla yanaşı, o, beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmələrinin vacib...
Döyüş meydanında Azərbaycan Ordusunun ağır zərbələrinə məruz qalan Ermənistan tərəfi sosial şəbəkələr vasitəsilə virtual məkanda yalan və böhtan yaymaqla məğlubiyyətini kompensasiya etməyə çalışır.
Belə ki, sosial şəbəkələrin erməni seqmentində döyüşlərdə polkovniklər Bəxtiyar Babayev və Elşən Qarayevin öldürülməsi barədə yalan məlumatlar yayılır.
Əslində isə araşdırma zamanı məlum oldu ki, Azərbaycan Ordusunun şəxsi heyətində Bəxtiyar Babayev adlı polkovnik rütbəli hərbçi yoxdur və heç vaxt olmayıb.
Ermənilərin yazdığı digər hərbçi...
Vətən müharibəsi zamanı hər kəs ordumuza dəstək olmağa çalışırdı. Kimisi aldığı ərzaqları, isti geyim və əsgərə lazım olan avadanlıqları, kimisi evində bişirdiyi şirniyyatları cəbhəyə doğru yol alan əsgər maşınlarına daşıyırdı. Müharibə zamanı bir videogörüntü də yayılmışdı ki, burada bağında yetişdirdiyi meyvəni satmağa aparan sürücü yeşiklərdən birini əsgərlərə sovqat verir. Sürücü əsgərləri aparan avtomobilləri görüncə tez onların arxasınca sürür, ilk fürsətdəcə - hərbi maşın dayanan kimi cəld maşından...