• Dövlət qurumları
19
Oktyabr

19 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir 

Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirir, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 10-da Ermənistanla...

19
Oktyabr

19 Oktyabr

Ombudsman

Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla videokonfrans formatında görüşü olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov ilə videokonfrans formatında görüşü olub. Görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov da iştirak edib.

Görüş zamanı Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında...

19
Oktyabr

19 Oktyabr

Müdafiə Nazirliyi

Hüseyn Mahmudov: Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təxribatlara başlayıb. Azərbaycan Ordusu vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq normaları çərçivəsində əks-həmlə əməliyyatı həyata keçirir. Düşmən humanitar atəşkəsdən toparlanmaq və işğaldan azad edilən əraziləri yenidən nəzarətə almaq üçün istifadə etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra - oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər...

19
Oktyabr

19 Oktyabr

Xarici İşlər Nazirliyi

Beynəlxalq Türk Akademiyasının prezidenti Ermənistan tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumatlandırılıb

Oktyabrın 19-da qarşı tərəfin təşəbbüsü əsasında Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə telefon danışığı olub.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin ikinci humanitar atəşkəsə baxmayaraq ötən gün Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və...

19
Oktyabr

19 Oktyabr

Dövlət Təhlükəsizlik Xidməti

DTX: "Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir"

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu...

19
Oktyabr

19 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yanğınlara səbəb olub

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Belə ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından...

19
Oktyabr

19 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Belə ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir. Elektron Təhlükəsizlik Xidməti bununla bağlı qabaqlayıcı tədbirlər görüb əhaliyə xəbərdarlıq edib.

19
Oktyabr

19 Oktyabr

Dövlət Sərhəd Xidməti

Prezident DSX-nin rəisini və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

Qeyd edilib ki, general-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra...

19
Oktyabr

19 Oktyabr

Baş Prokurorluq

Ermənistanın silahlı qüvvələri tərəfindən növbəti dəfə Agdam rayonuna raket atıb

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

17.10.2020-ci il tarixdə saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin...