Zəfərin yolu
Hər hansı bir dövlət tərəfindən uşaqların əsgər kimi istifadə olunması beynəlxalq hüquqla qadağan edilib.
Bunu ukraynalı ekspert Aleksandr Merejko deyib.
O bildirib ki, əgər Ermənistan hakimiyyətinin uşaqları döyüş əməliyyatlarında istifadə etməsi doğrudursa, o zaman beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışa bilərik:
“2000-ci il Uşaq hüquqları Konvensiyasının fakültativ protokoluna əsasən, bu sənədə üzv dövlətlər 18 yaşa çatmayan şəxslərin silahlı qüvvələrə...
Küveyt Dövlətinin Elektron Media Birliyinin rəhbəri, bu ölkənin “Dasmannews” onlayn xəbərlər portalının idarə heyətinin sədri Feysal Xəlifə əl-Savvağ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və mülki şəxslərin hədəfə alınmasını pisləyən bəyanat yayıb.
Bəyanatda Feysal Xəlifə əl-Savvağ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və mülki şəxslərin hədəfə alınmasını pisləyərək, beynəlxalq ictimaiyyəti qətiyyətli, sərt mövqe nümayiş etdirməyə və həmin cinayətlərə görə işğalçını cəzalandırmağa çağırıb.
Əl-Savvağ bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər beynəlxalq...