
Zəfərin yolu
-Əziz həmvətənlər.
Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.
Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında...
Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti və Baş icraçı direktoru Qarri Yakobs Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Ümumdünya Elm və İncəsənət Akademiyası Dağlıq Qarabağda hazırda baş verən hadisələri böyük narahatlıqla izləyir. Həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik. Biz akademiklər inanırıq ki, BMT-nin 75-ci ildönümündə hər kəs BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət...
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb.
-Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana...
Gürcüstanın geniş oxucu kütləsinə malik, nüfuzlu report.ge, sputnik-georgia.ru, 24news.ge, pia.ge, aktual.ge, apsny.ge, dalgatv.ge və digər informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da xalqa müraciətindən xəbərlər hazırlayaraq oxucuların diqqətinə çatdırıblar.
Gürcüstan KİV-ləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin erməni işğalından azad olunmuş ərazilərlə bağlı bəyanatı, eləcə də mövcud status-kvonun dəyişdirilməsi, Fransa dövlətinin başçısı Emmanuel Makronun yenidən Azərbaycan Prezidentinə zəng etməsi barədə məlumatları, eləcə də...
Oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.