Zəfərin yolu
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrənin “La Liberte” qəzetinə müsahibə verib.
“La Liberte” qəzetinin 8 oktyabr tarixli nömrəsində dərc edilmiş məqalədə Elçin Əmirbəyov Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatlar törətdiyini vurğulayır. Bildirir ki, Azərbaycan ərazisindəki mülki əhali və infrastruktur Ermənistan ərazisindən hər gün hədəfə alınır, bununla da Ermənistan beynəlxalq humanitar hüququ kobud şəklində...
Məlum olduğu kimi oktyabrın 5-də “Amnesty International” təşkilatı öz rəsmi internet səhifəsində qərəzli, birtərəfli faktlara söykənən və bu cür həssas bir dönəmdə Azərbaycan dövlətinə qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanat yayıb.
Ombudsman Səbinə Əliyeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair hər hansı bir bəyanat yaymazdan əvvəl beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların Dağlıq Qarabağ və...
Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var.
Ordumuz adekvat tədbirlər görür.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib.
Bnun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq...
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən...
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva...
Ermənistan silahlı qüvvələrinin regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə endirdiyi raket zərbəsi “Smerç” reaktiv yaylım atəşi sistemindən həyata keçirilib.
“Smerç” tipli raketin tərkibində olan 300 bombacıq ətrafa səpələnib. Həmin bombacıqlardan 2-si düşərkən partlayıb. Bombacıqlardan 242-si ANAMA tərəfindən daşınıb. Ərazidə qalan 56 ədəd bombacığın daşınması təhlükəli...