• Xalq
08
Oktyabr

8 Oktyabr

Prezidentə yazırlar

Vətəndaşların Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciətləri davam edir.

Müraciətlərdən bəzilərini təqdim edirik:

Aida Behbudovadan, Oğuz, Azərbaycan

“Hörmətli cənab Prezident.

Xalqımız Sizinlə qürur duyur, hər bir çıxışınızı heyranlıqla izləyir. Siz yalnız Prezident, Ali Baş Komandan deyil, həm də xalqımızın istiqlal sərkərdəsisiniz. Sözünüzlə əməlinizin vəhdəti xalqımızın bu çətin dönəmində Sizə inam, güvən, sonsuz sevgi qazandırdı.

Qarabağın azadlığı uğrunda zəfər qazanmaq üçün Azərbaycanı güclü iqtisadiyyatı, güclü ordusu olan ölkəyə çevirdiniz. Yüksək kürsülərdən Ermənistana...

08
Oktyabr

8 Oktyabr

Orduya dəstək

Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə məlumatlar şəxsi heyətə və mülki sakinlərə operativ şəkildə çatdırılır. 

Təşviqat tədbirlərinin məqsədi Ordu-Xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də döyüşlərdə...

08
Oktyabr

8 Oktyabr

İnformasiya müharibəsi

Ermənilərin Şuşada kilsə təxribatı 

Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin guya Şuşada kilsəyə raket zərbəsi endirilməsi ilə bağlı yaydığı məlumatları şərh edərək bildirib ki, kilsənin zərər çəkməsi barədə xəbərlərin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Nazirliyin açıqlamasında vurğulanır ki, Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər...

08
Oktyabr

8 Oktyabr

Sosial media

Düşmənin daha bir döyüş bayrağı ələ keçdi

İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğalçılardan təmizləməsini əks etdirən xeyli sayda foto və videogörüntülər yayıldı. Sosial şəbəkələrdə fəxarətlə paylaşılan və hərbçilərimizin uğurunu əks etdirən əsas fotolardan biri də ermənilərin briqadasının məhv olduğunu sübut edən döyüş bayrağı şəkili oldu. Əsgərimizin düşmənin döyüş bayrağını ələ keçirməsi erməni ordusunun vacib hərbi rəmzlərini belə qoyub qaçmaqlarından xəbər verirdi.

Yayılan görüntülərdə ermənilərin "qəhrəman"ı...