Zəfərin yolu
Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son statistika açıqlanıb.
27.09.2020-ci il tarixdən - hazıradək (04.10.2020-ci il saat 10:00) həlak olmuş şəxslərin sayı 22 nəfər, yaralanmış şəxslərin sayı 74 nəfər, ziyan dəymiş mülki obyektlərin sayı 49 ədəd, ziyan dəymiş yaşayış evlərinin sayı 248 ədəd olub.
Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutur.
Müdafiə Nazirliyindən bildirilib ki, işğal altında olan ərazilərimizdən isə Ağdam və Tərtər rayonlarının kəndləri artilleriya atəşinə məruz qalıb.
Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür.
Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.
Atılan raketlərdən biri İES-in qarşısına düşüb.Lakin raket partlamayıb. Raket xüsusi texnika cəlb edilməklə qazılıb, döyüş başlığı araşdırılacaq. Raketin mexanizmi tam işləməyib. Partlayış baş versəydi, enerji blokları ziyan görə bilərdi.