• Dünya
30
Oktyabr

30 Oktyabr

Beynəlxalq təşkilatlar

Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib

Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib.

Təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları atıb. Hücum nəticəsində ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir....