Zəfərin yolu
Türkiyədən, Rusiyadan, eləcə də respublikanın müxtəlif yerlərindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir.
Məktublardan bəzilərini təqdim edirik:
Berkut Gencay Sarıkızdan, Balıkesir, Türkiyə
“Hörmətli cənab Prezident.
Mən məktəbliyəm. Azərbaycanı çox sevirəm.
Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, İnşallah, əsgərlərimizə mənim töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm.
Həmin pulun əsgərləriniz olan böyük qardaşlarıma daha çox kömək olacağına ümid...
Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri insanlıq əleyhinə, o cümlədən hər bir insanın təhlükəsiz yaşamaq hüququnun pozulmasına yönələn müharibə cinayətləri, terroru barədə həqiqətlərin, insan hüquqlarına dair beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən rəsmi http://www.justice.gov.az/categories/1148 internet saytında 3 dildə (Azərbaycan, rus və ingilis dilləri) olmaqla “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması...
Müharibənin 34-cü günü rəsmi İrəvanın növbəti dezinformasiyası ifşa edilib. Bununla bağlı məlumat yayan Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.
"Bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb"-,bəyanatda bildirilir.
44 günlük savaşda müğənni Xatirə İslam da vətənpərvərlik mövzusunda mahnı ifa edib. İfaçı mahnını doğulduğu Xankəndi şəhərinə həsr edib. "Kəndinə qayıdır Xan" adlanan bəstənin müəllifi Şey Ree, aranjımanı isə Hasan Haidara aiddir. İfaçının fərqli janrda səsləndirdiyi mahnı sosial şəbəkələrdə ən çox paylaşılanlar sırasında olub.
Bərdəyə xaincəsinə raket hücumu edərək dinc insanların ölümünə səbəb olan Ermənistan ordusu bu faşist əməlinin bədəlini ağır şəkildə ödədi. Bərdə faciəsindən bir gün sonra mediada və sosial şəbəkələrdə hərbçilərimizin həyata keçirdiyi döyüş əməliyyatlarının videosu geniş şəkildə yayıldı.
Hər kəs namərd düşməndən Bərdədə həlak olan vətəndaşlarımızın qisasının döyüş meydanında alındığını yazır, paylaşımlarında Ordumuza uğurlar arzulayırdı.
Müdafiə Nazirliyinin yaydığı məlum döyüş videoları həmin dövrdə xalqımızın fəxrlə paylaşdığı məşhur...