Zəfərin yolu
Аlmaniyanın Ştutqart şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində dinc aksiya keçiriblər.
Aksiya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, Gəncə şəhərində mülki vətəndaşlarımıza qarşı törədilən müharibə cinayətlərinə etiraz olaraq və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə dəstək məqsədilə keçirilib.
Məqsəd bu hadisələrlə bağlı alman ictimaiyyətini daha yaxşı məlumatlandırmaq, digər dövlətlərin işğala və mülki şəxslərin bombalanmasına biganə qalmamağa, KİV-ləri bu hadisələri obyektiv...
Azərbaycan döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də uğurla mübarizə aparır. Ermənistanın xeyrinə olan bir sıra yalan informasiyaları ifşa edərək sayt və sosial şəbəkələrdə yayılan dezinformasiyaların vaxtında qarşısı alınır. Buna misal olaraq məşhur Yahoo saytında dərc olunan “Qarabağ şəhəri döyüş ayı ərzində ən ağır atəşə tutuldu” başlıqlı xəbəri göstərmək olar. Xəbərdə ermənilərin Bərdədə törətdiyi terror hadisəsi “Qarabağ bombalandı“ kimi qələmə verilib. Belə ki,...
Sevilən ifaçı Əməkdar artist Sevda Ələkbərzadə Türkiyənin "Manqa" qrupunun solisti Ferman Akgül ilə "Ulu vətən" mahnısını ifa ediblər.
Mahnının musiqisi Zaur Abdullayevə, sözləri Samirə Xasməmmədovaya aiddir. Layihənin prodüserləri isə ProMete və İsa Məlikovdur.
Akgül Türkiyə mətbuatına açıqlamasında bildirib ki, təklif ondan gəlib və mahnı Qarabağa həsr olunub:
"Klipi Ermənistanın Azərbaycanda mülki şəxslərə atəş açdığı yerlərdə çəkəcəyik. "Ulu vətən"i yenidən aranjiman etdik. Niyyətim müharibədən ziyan çəkən bölgələrə getməkdir. Bir musiqiçi olaraq iki ölkə...
Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.
30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib.
O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Quliyev həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.
Təcrübəli atlet ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı...