• Dövlət qurumları
29
Oktyabr

29 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Bərdə sakinlərinin əzmini diplomatik korpusun nümayəndələri və hərbi attaşelər də gördülər

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə təşkil edilən brifinqdə çıxış edib.

"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə biz Bərdə və Tərtər şəhərlərinə bu səfəri təşkil etdik."

Prezidentin köməkçisi səfərdə iştirak edən Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrə və hərbi attaşelərə təşəkkür edib. O deyib ki,...

29
Oktyabr

29 Oktyabr

Ombudsman

Ombudsman UNICEF-ə etiraz məktubu göndərib: Erməni terroruna göz yumulur

UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi bəyanatında ikili standartlara yol verilərək qətlə yetirilmiş uşaqlarla əlaqədar həqiqətlərin gizlədildiyi müşahidə olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qətlə yetirilmiş azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə bəyanatda göstərilmədiyini əsas götürməklə qəti etirazını bildirib və UNICEF icraçı...

29
Oktyabr

29 Oktyabr

Müdafiə Nazirliyi

Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüləri

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntülərini yayıb.

29
Oktyabr

29 Oktyabr

Xarici İşlər Nazirliyi

Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Oktyabrın 29-da Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Telefon söhbəti zamanı nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb, qardaş Türkiyəyə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin xaincəsinə hədəfə...

29
Oktyabr

29 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror törədib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Belə ki, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə...

29
Oktyabr

29 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Ermənistan nazirliyimizin adından saxta məktublar göndərir

Düşmən tərəfinin e-poçt üzərindən nazirliyin adından “fişinq” xarakterli məktublar göndərməsi barədə məlumat daxil olmuşdur. Göndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq e-poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir, əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti dərhal məsələni nəzarətə götürərək, təxirəsalınmaz tədbirlər görmüş, vətəndaşlara bu məlumatlara etimad etməməklə...

29
Oktyabr

29 Oktyabr

Baş Prokurorluq

Erməni silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması faktına görə cinayət işi başlayıb

27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya...

29
Oktyabr

29 Oktyabr

ANAMA

Sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə 13 ballistik raket atıb

Oktyabrın 28-də Bərdəyə raket zərbəsi endirilib. Agentliyin əməliyyat-axtarış qruplarının apardıqları əməliyyat tədbirləri nəticəsində iki ədəd “Smerç” raketinin qalıqları aşkarlanıb. Həmin 9M525 kaset tipli raketin içində 72 bombacıq olur. Ümumilikdə Bərdədə 144 bombacıq tapılıb. Onların hər birinin tərkibində isə 330 qram partladıcı maddə və 456 qəlpə yerləşir.

Bu barədə agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov Bərdədə təşkil edilən brifinqdə deyib.

O bildirib...