• Xalq
27
Oktyabr

27 Oktyabr

Prezidentə yazırlar

Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimi Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Biz, Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimləri Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərinin erməni silahlı birləşmələrindən təmizlənməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsini çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən bəri daim atəşkəsi pozan və sülh danışıqlarına əməl etməyən düşmənlə başqa dildə danışmağın mümkün olmadığını iyul ayında Tovuz rayonuna namərdcəsinə edilən hücumdan...

27
Oktyabr

27 Oktyabr

Orduya dəstək

AMEA-nın Naxçıvan Bölməsində “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi açılıb

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı sərgi açılıb.

Bölmənin mətbuat xidmətindən bildirilib ki, sərgidə “Qarabağ düyünü”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycanın Qarabağ bölgəsinin tarixi”, “Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “Qondarma erməni soyqırımı və tarixi həqiqətlər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində”, “Qarabağnamələr”, “Dağlıq Qarabağın tarixindən sənədlər”, “Qarabağ dosyası” və digər bu...

27
Oktyabr

27 Oktyabr

İnformasiya müharibəsi

Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

Ermənistanın bu gün guya Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.

27
Oktyabr

27 Oktyabr

Sosial media

Bərdəyə raket hücumunun 7 yaşlı qurbanı

İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhəri ilə yanaşı Bərdə rayonu da Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumlarına məruz qalırdı.

Oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutdu.

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid oldu, 14 nəfər isə...