• Dövlət qurumları
27
Oktyabr

27 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını kəskin pisləyirik 

Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews”un çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Ermənistanın bu hücumunu azad...

27
Oktyabr

27 Oktyabr

Milli Məclis

Milli Məclisin növbəti plenar iclası keçirilib

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli aparıb. Birinci vitse-spiker bildirib ki, dünən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına növbəti müraciət edib. Bu müraciət xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Müraciətdə cənab Prezident, eyni zamanda, Dağlıq Qarabağın böyük yaşayış massivlərindən biri olan Qubadlı şəhərinin işğaldan azad olunmasını bəyan edib. Əli Hüseynli...

27
Oktyabr

27 Oktyabr

Ombudsman

Ermənistan müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir - Ombudsman

Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ...

27
Oktyabr

27 Oktyabr

Müdafiə Nazirliyi

Ermənistan rəhbərliyi dərk etməlidir ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti yeni humanitar atəşkəs rejimini pozan Ermənistanın Azərbaycan Respublikasının bərpa edilmiş dövlət sərhədləri istiqamətində təxribatlar törətməsi ilə bağlı birgə bəyanat yayıb.

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa...

27
Oktyabr

27 Oktyabr

Xarici İşlər Nazirliyi

Nazir “Nasionalnaya oborona” jurnalına müsahibə verib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyada çıxan “Nasionalnaya oborona” jurnalına müsahibə verib.

-Ceyhun Əziz oğlu, Dağlıq Qarabağda Azərbaycanın Silahlı Qüvvələri ilə erməni hərbi dəstələri arasında təmas xəttində genişmiqyaslı döyüş əməliyyatlarına gətirib çıxarmış səbəblər nədən ibarətdir?

-İlk növbədə, izah etməliyəm ki, erməni hərbi dəstələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində dislokasiya olunmuş Ermənistan silahlı qüvvələrinin nizami bölmələridir. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı silahlı təcavüzə başladı. Onun...

27
Oktyabr

27 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektləri atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Belə ki, bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə...

27
Oktyabr

27 Oktyabr

Dövlət Sərhəd Xidməti

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatı

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən...

27
Oktyabr

27 Oktyabr

Baş Prokurorluq

Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

2020-ci il oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində...