• Dövlət qurumları
26
Oktyabr

26 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə də məsuliyyət Ermənistanın üzərinə düşür

Ermənistanın baş naziri saat 08.00 radələrində Ermənistanın humanitar atəşkəsə riayət etməsi ilə bağlı açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar. Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən...

26
Oktyabr

26 Oktyabr

Milli Məclis

Milli Məclisə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təcavüzü pisləyən məktublar gəlməkdə davam edir

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına xarici ölkələrin parlamentləri tərəfindən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir. 

Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qayser Milli Məclisin Sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin məqsədli şəkildə pozulması və Azərbaycanın mülki şəxslərinin atəşə tutulması pislənilib.

Məktubda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki...

26
Oktyabr

26 Oktyabr

Müdafiə Nazirliyi

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

26
Oktyabr

26 Oktyabr

Xarici İşlər Nazirliyi

Azərbaycan və Latviya XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Oktyabrın 26-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Latviya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktoru Yaniş Mazeiks rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Latviya arasında...

26
Oktyabr

26 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistanın atdığı mərmilər nəticəsində döyüş zonasından kənarda yerləşən meşəlik ərazidə yanğın başlayıb

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terrora da əl atmaqda davam edir.

Belə ki, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonunun ərazisi Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb....

26
Oktyabr

26 Oktyabr

Baş Prokurorluq

Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxslərin statistikası

Erməni təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yarasız hala düşüb.