Zəfərin yolu
Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.
Ermənistanın təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.
Məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yarasız hala düşüb.