• Ermənistanın müharibə cinayətləri
24
Oktyabr

24 Oktyabr

Törədilən cinayətlər

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

Ermənistan ordusunun bölmələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutmağa başlayıb.

Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.

24
Oktyabr

24 Oktyabr

Əhaliyə dəyən ziyan

2174 yaşayış evi yarasız hala düşüb

Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 24-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.

Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.