
Zəfərin yolu
Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa olundu. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də tanınmış xanım aparıcı Kristin Amanpura müsahibə verib.
Müsahibə başlamamışdan əvvəl qısa şərh verən aparıcı Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. Beləliklə, müsahibəyə başlamazdan əvvəl tamaşaçıları problemin mahiyyəti barədə məlumatlandırmış olur. Daha sonra Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun fikirlərindən sitat gətirərək ölkəmizin mövqeyini,...