• Ermənistanın müharibə cinayətləri
16
Oktyabr

16 Oktyabr

Günahsız qurbanlar

Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 47-yə çatdı

Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 47 nəfər həlak olub, 222 nəfər isə xəsarət alıb.

16
Oktyabr

16 Oktyabr

Törədilən cinayətlər

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

16
Oktyabr

16 Oktyabr

Əhaliyə dəyən ziyan

Ermənistanın ordusunun hücumları nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb

Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.

Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.