• Xalq
16
Oktyabr

16 Oktyabr

Prezidentə yazırlar

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.

Məktublardan bir neçəsini təqdim edirik:

Mehmet Bingöldən, Balıkesir, Türkiyə

“Hörmətli cənab Prezident,

Bütün varlığımla, qəlbimin dərinliklərindən gələn hisslərlə qardaş Azərbaycana müqəddəs Vətən müharibəsində müzəffər olmasını arzulayır, işğal altında olan digər doğma torpaqların da tezliklə azad olunmasını, bu zəfərin uğurla başa çatdırılmasını diləyirəm.

Ürəyim cəbhə xəttində fədakarlıqla vuruşan qəhrəman Azərbaycan ordusu ilə birlikdə döyünür.

Qələmin iti, qılıncın kəskin olsun Azərbaycan!”


Cemail Bakındı və başqalarından, İstanbul,...

16
Oktyabr

16 Oktyabr

Orduya dəstək

Böyük Britaniyadakı soydaşlarımız “Amnesty İnternational” təşkilatının ofisinin qarşısında aksiya keçiriblər

Böyük Britaniyada yaşayan həmvətənlərimiz Londonda yerləşən “Amnesty İnternational” təşkilatının (Beynəlxalq İnsan Hüquqları) ofisinin qarşısında aksiya keçiriblər.

Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribata beynəlxalq təşkilatların münasibət bildirmələrini tələb ediblər. Soydaşlarımız təşkilata yolladıqları məktublara cavab verilməsini tələb ediblər.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktlar əks olunub.

Aksiyada çıxış edən Şahin...

16
Oktyabr

16 Oktyabr

İnformasiya müharibəsi

Ermənistanın işğalçı siyasəti nüfuzlu “Los Angeles Times” qəzetində

İkinci Qarabağ müharibəsinin gedişində informasiya savaşında da uğur qazanan Azərbaycan xarici KİV-lərdə daha çox Qarabağ həqiqətlərinin dərcinə nail olmağa çalışır. Misal olaraq Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqda yazdığı məqaləsinin ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində dərc edilməsini göstərmək olar.

Məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq...

16
Oktyabr

16 Oktyabr

Sosial media

Bakıdakı Müqəddəs Mixail Arxangel kilsəsində əsgərlərimiz üçün şirniyyatlar hazırlanırdı

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri yumruq şəklində birləşərək Orduya dəstək olduqlarını nümayiş etdirirdilər. Bakıdakı Müqəddəs Mixail Arxangel kilsəsinin din xadimləri və ibadətə gələn pravoslav ruslar hərbçilərimizə sovqat hazırlayaraq göndərməsi isə sosial mediada gündəmə çevrildi.

Sosial şəbəkələrdə aktiv olan hər kəs məbəddə müxtəlif şirniyyatlar bişirib Qarabağda döyüşən əsgərlərimiz üçün sovqatlar hazırlayan din xadimlərinin...