
Zəfərin yolu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
Ələsgər Ağayevdən, Dubay, Birləşmiş Ərəb Əmirlikləri
“Hörmətli cənab Prezidentimiz.
Mən sadə cümlələrlə, ürək sözlərimlə Sizə təşəkkür etmək istəyirəm.
Harada yaşamağımızdan asılı olmayaraq hamımız Sizin arxanızda dağ kimi dayanmışıq. Sizin dediyiniz hər bir sözün, hər bir bəyanatın arxasında xalq dayanıb.
Sizin hər çıxışınız dünyaya səs salır, düşmənlərə, hətta güclü dövlətlərdən olan havadarlara meydan oxuyur, Azərbaycanın qəti mövqeyini ortaya qoyur.
Var...
Oktyabrın 11-də İstanbulun Bağcılar rayonunda yerləşən Azərbaycan dostluq parkında ölkəmizə dəstək məqsədilə növbəti aksiya keçirilib.
Tədbir Türkiyədə fəaliyyət göstərən “Hazarfem” Xəzər Folklor Tədris və Araşdırma Mərkəzi tərəfindən təşkil olunub.
Aksiyada ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, “Hazarfem”in rəhbəri Nuran Acar, İstanbulun bəzi dövlət qurumlarının əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-dən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ və digər...
İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistandan fərqli olaraq Azərbaycan humanitar atəşkəs rejiminə tam əməl edir.
Ermənistan orudusu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutdu. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak oldu. Bununla yanaşı, binaların altında bir neçə uşaq çıxarıldı, onlar müxtəlif ağır bədən xəsarətləri aldılar.
Raket atəşi zamanı dağıntılar altından yaralı halda çıxarılan azyaşlı Ömər Nəsirovun video və fotosu isə...