• Dövlət qurumları
11
October

11 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Gəncənin raket atəşinə tutulması Ermənistanın dünya ictimaiyyətinə qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində çoxmənzilli yaşayış binasının dağıldığı ərazidə olublar.

Prezidentin köməkçisi Hikmət Hacıyev yerli və xarici KİV-lərin nümayəndələrinin suallarını cavablandırarkən düşmənin humanitar atəşkəs...

11
October

11 Oktyabr

Ombudsman

Ermənistanın Gəncəni və digər yaşayış məntəqələrini raket atəşinə tutması ilə əlaqədar beynəlxalq qurumlara müraciət

Təcavüzkar siyasətindən, müharibə cinayətlərindən və insanlıq əleyhinə yönəlmiş çirkin əməllərdən əl çəkməyən işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə 2020-ci il oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya...

11
October

11 Oktyabr

Müdafiə Nazirliyi

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.

Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi...

11
October

11 Oktyabr

Xarici İşlər Nazirliyi

Azərbaycanın Xarici İşlər naziri brifinq keçirib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik korpusun rəhbərləri üçün brifinq keçirib.

Brifinqdə nazir Ceyhun Bayramov Ermənistanın oktyabrın 10-dan etibarən humanitar atəşkəslə bağlı Moskva razılaşmasını kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxslərini məqsədli şəkildə atəşə tutması barədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra təmas xəttindən xeyli uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket...

11
October

11 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərini raket atəşinə tutub

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi...

11
October

11 Oktyabr

Baş Prokurorluq

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində 5 nəfər həlak olub

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən,...

11
October

11 Oktyabr

ANAMA

Düşmənin dinc əhalinin yaşadığı əraziyə “Toçka-U” raketi atması işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin cinayətkar xislətinin göstəricisidir 

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın mülki əhalisini ağır artilleriya və raket sistemlərindən atəşə tutmaqda davam edir.

Erməni faşistləri cəbhənin Füzuli-Cəbrayıl istiqamətində dinc əhalinin yaşadığı əraziyə “Toçka-U” raketi atıblar. Xoşbəxtlikdən raket partlamayıb.

Raketin partlamayan hissəsi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən aşkarlanaraq təhlükəsizlik qaydalarına uyğun şəkildə...