Zəfərin yolu
“Ulu Aqro” MMC-nin Qax Aqroparkı Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.
“Ulu Aqro” MMC-nin Qax Aqroparkı bu şərəfli dövrdə Silahlı Qüvvələr Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında olduğunu bildirir.
Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı mətbuata deyib.
V.Dərgahlı bildirib ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əks hücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, komitənin bütün əməkdaşları Azərbaycan Ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.
Qələbə sənindir, Azərbaycan...
Xocalı faciəsi ilə həmyaşıd olan bu ifadəni ilk dəfə böyük Türk aşığı Ozan Arifin yanıqlı sazından - səsindən eşitdik. Qardaş millətinin ağlasığmaz faciəsindən ürəyi parça-parça olan bir türkün səsi idi bu. Çox keçmədi bu səsə ölkəmizin rep tarixində əvəzsiz rolu olan "Dəyirman" da qoşuldu.
30 ilə yaxın bir vaxt ötdü, mahnı dillərdən düşmədi. 2020-ci ildə Qarabağımızın alınması uğrunda yenidən səfərbər olduğumuz bir vaxtda "Ya Qarabağ, ya ölüm" yeni...
Müharibənin gedişində arxa cəbhədən orduya dəstək və yardımlar davam edirdi. Hər kəs əsgərlərə bacardığı, maddi durumunun imkan verdiyi qədər sovqat göndərməyə çalışırdı. Xaçmazın Hacıəhmədoba kəndinin xanım sakinləri isə Azərbaycan ordusuna dəstək vermək üçün maraqlı təşəbbüs irəli sürdülər.
Bir neçə qonşu birləşərək ön cəbhədə döyüşən igid əsgərlərimizə çörək, şirniyyat və müxtəlif un məmulatları hazırladılar.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş şəkildə paylaşıldı. İnsanlar Hacıəhmədoba kəndinin xanım sakinlərininin bu...