• Xalq
14
Oktyabr

14 Oktyabr

Prezidentə yazırlar

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.

Məktublardan bir neçəsini təqdim edirik:

Hüseyn Əliyevdən, Arxangelsk, Rusiya

“Hörmətli cənab Prezident.

Mən doğma Vətənimdə baş verən hadisələri dərin həyəcanla izləyir, hər qələbəyə ürəkdən sevinirəm.

Siz Azərbaycan xalqının ümidi, ölkənin və onun sərhədlərinin təhlükəsizlik qarantısınız.

Allahdan ərazi bütövlüyümüzün bərpası yolunda müqəddəs amalınızı sonadək icra etmək üçün Sizə və ordumuza güc, qüvvət arzulayıram. Həmçinin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.


Mesut Karagözdən, İstanbul, Türkiyə

“Hörmətli cənab...

14
Oktyabr

14 Oktyabr

Orduya dəstək

İsmayıllıda molokanların məskunlaşdığı İvanovkada həmrəylik aksiyası keçirilib

İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri - molokanlar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarını, düşmənin dinc sakinləri hədəf almasını pisləyir və Ali Baş Komandan İlham Əliyevlə, Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik nümayiş etdirirlər.

Əllərində üçrəngli Azərbaycan bayrağını, Azərbaycan Ordusu ilə həmrəylik şüarlarını tutan ivanovkalılar mərkəzi küçəboyu yürüş edərək, uca səslə “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir, bizim olacaq”, “Salam, əsgər”, “İvanovka sakinləri Azərbaycan ordusunu salamlayır” şüarını səsləndiriblər.

14
Oktyabr

14 Oktyabr

İnformasiya müharibəsi

"Feyk nyus"lar Rusiya mediasına da sirayət edib

Azərbaycan yalnız erməni mediasının yalanlarını deyil, bir sıra ermənipərəst xarici KİV-lərdə dərc edilən qərəzli məlumatları da ifşa edib. Buna misal olaraq Rusiya mətbuatında həqiqətə uyğun olmayan qərəzli məlumatların dərcini göstərmək olar.

“Komsomolskaya Pravda” nəşrində dərc edilən məqalədə qeyd edilib ki, guya Azərbaycan Ordusu humanitar atəşkəs rejimini pozaraq Xankəndinə raket zərbələri endirib və nəticədə şəhərdə xeyli dağıntılar yaranıb.

Lakin nəşrin istifadə etdiyi foto və videolar işğalçı Ermənistan...

14
Oktyabr

14 Oktyabr

Sosial media

Gecə-gündüz yaralı əsgərlərə fədakarcasına qulluq edən tibb işçilərimiz

İkinci Qarabağ müharibəsindəki zəfərimizdə tarixi və əzəli torpaqlarımızı düşmən tapdağından azad edən hərbçilərimizlə yanaşı tibb işçilərinin də gərgin əməyi oldu. Müharibə günlərində sosial mediada həkimlərin yaralı əsgərlərə qulluq etməsi ilə bağlı bir neçə paylaşımlar olmuşdu.

Bunlardan biri də fədakarlığın və sevginin rəmzinə çevrilən tibb işçilərinin əsgərin yanında yuxulaması fotosu oldu. Onların hospitalda yaralı əsgərlərin çarpayısından uzaqlaşmamasını, yorğun halda döşəmədə yuxulamasını əks etdirən görüntüləri hər...