• Xalq
25
Oktyabr

25 Oktyabr

Orduya dəstək

Lüksemburqda Azərbaycan əsgərinə dəstək aksiyası keçirilib​

Lüksemburqda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgərlərimizə dəstək, eləcə də Ermənistanın raket atəşləri nəticəsində Gəncədə həlak olmuş mülki əhalinin xatirəsini yad etmək məqsədilə aksiya keçirilib.

Lüksemburqda əlverişsiz hava şəraitinə baxmayaraq, burada yaşayan azərbaycanlılar şəhərin Guillaume II mərkəzi meydanına toplaşıblar.

Bütün ailə üzvləri ilə meydana toplaşan azərbaycanlılar Gəncədə həlak olan uşaqların xatirəsinə oyuncaqlar, uşaq ayaqqabıları və gül-çiçək düzərək, uşaqların qətlə yetirilməsini diqqətə...

25
Oktyabr

25 Oktyabr

İnformasiya müharibəsi

Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkədə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır. Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır.

Qeyd olunub ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

25
Oktyabr

25 Oktyabr

Sosial media

Beynəlxalq konvensiyaları tanımayan düşmən:Uşaqlar döyüşə cəlb edildi

Sosial şəbəkələrdə ermənilərin müharibəyə uşaqları da cəlb etməsi ilə bağlı görüntülər yayıldı. Ermənistanın siyasi-hərbi rəhbərliyinin yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb etməsi ciddi şəkildə qınandı.

Ermənilərin yaydığı foto və videoları paylaşan hər kəs bunun işğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasının sübutu olduğunu qeyd edirdi.

Ermənistan ordusunun müharibənin sonlarına doğru acınacaqlı vəziyyətə düşdüyünü yazan sosial şəbəkələrdə fəal...