![](https://zefer.az/storage/uploads/items/Dr7Qhnr7PuShBBa8wa2m.jpg)
Zəfərin yolu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
Cavid İbrahimovdan, Moskva, Rusiya Federasiyası
“Əziz və çox hörmətli Prezident İlham Əliyev.
Gördüyünüz işlərə görə Sizə çox minnətdarıq. Sizin siyasətiniz Azərbaycan Respublikasının tərəqqisinə və rifahına xidmət edir.
Mən Moskva şəhərində universitetdə təhsil alıram. Xarici ölkədə yaşayan hər bir azərbaycanlı kimi, öz xalqımızın mədəniyyətini təmsil edirəm. Qəlbimiz, ruhumuz Sizinlədir, Vətənimizin mənafeyini qorumağa hər zaman hazıram.
Mənim ailəm Xocavənd rayonundan...
Bu gün Almaniyadakı Azərbaycan icması erməni təcavüzünə və Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasına etiraz və rəşadətli Azərbaycan ordusunun xilaskarlıq missiyasına dəstək əlaməti olaraq Berlində irimiqyaslı nümayiş keçirib.
Günorta saatlarında Aleksanderplats meydanında başlayan aksiyada nümayişçilər Unter-den-Lindendən irəliləyərək Brandenburq qapıları qarşısında böyük mitinq keçiriblər.
Nümayişdə təqribən 2 min nəfər iştirak edib. Dörd saat davam edən aksiya boyu iştirakçılar “Erməni təcavüzünü dayandırın!”,...
Döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də uğurlar qazanan Azərbaycan təkcə beynəlxalq ictimaiyyət üçün deyil, daxili auditoriyaya da hesablanmış bir sıra mühüm addımlar atır. Buna misal olaraq mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işlərini göstərmək olar.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, "Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər...
Bütün ölkə ön cəbhədə var gücü ilə vuruşan əsgərimizə əlindən gələn köməyi etməyə çalışır.
Hal-hazırda hər azərbaycanlının duası Azərbaycan əsgəri üçündür. Bakıdan kənarda bir qrup könüllü gənc cəbhə xəttini möhkəmlətmək üçün təkər yığmağa çalışıb. Son sutka ərzində cəbhəyə mindən artıq təkər yollanılıb.
Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və...
Strateji cəhətdən mühüm əhəmiyyətə malik olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandı. Sosial şəbəkələrdə uzun illər Ermənistan ordusunun işğalda saxladığı bu tarixi ərazidə müzəffər əsgərlərimiz və bayrağımızın olmasını əks etdirən foto yayıldı. Hər kəs Xudafərində Azərbaycan bayrağının dalğalanmasına sevinərək məlum fotonu qürur hissi ilə paylaşdı.
Elə həmin gün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə Xudafərinin azad olunmasını məruzə edən hərbçilərimizin videosu...