01
Oktyabr

1 Oktyabr

Vətən mahnıları

"Ya Qarabağ, ya ölüm"

Xocalı faciəsi ilə həmyaşıd olan bu ifadəni ilk dəfə böyük Türk aşığı Ozan Arifin yanıqlı sazından - səsindən eşitdik. Qardaş millətinin ağlasığmaz faciəsindən ürəyi parça-parça olan bir türkün səsi idi bu. Çox keçmədi bu səsə ölkəmizin rep tarixində əvəzsiz rolu olan "Dəyirman" da qoşuldu.

30 ilə yaxın bir vaxt ötdü, mahnı dillərdən düşmədi. 2020-ci ildə Qarabağımızın alınması uğrunda yenidən səfərbər olduğumuz bir vaxtda "Ya Qarabağ, ya ölüm" yeni nəfəslərlə canlandı.

Müğənni Miri Yusif bu dəfə Xalq artisti, xanəndə Alim Qasımov və sevilən sənətkar Natiq Şirinovun rəhbərlik etdiyi məşhur "Natiq" ritm qrupu ilə birlikdə "Ya Qarabağ, ya ölüm" dedi. Unudulmayan mahnı yeni aranjimanda dinləyicilər tərəfindən daha da maraqla qarşılandı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.