• Xalq
02
Noyabr

2 Noyabr

Prezidentə yazırlar

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir.

Məktublardan bir neçəsini təqdim edirik:

Əzizağa Əliyev və başqalarından, Bişkek, Qırğızıstan

“Çox hörmətli Prezidentimiz.

Qırğızıstan azərbaycanlılarının “AZƏRİ” İctimai Birliyi Azərbaycan Dövlətinin və onun başçısının yanında olduğunu bir daha bəyan edir.

Dağlıq Qarabağda işğal altında olan yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi uğrunda Azərbaycan Ordusunun keçirdiyi təmizləmə əməliyyatını alqışlayır və Qırğızıstandakı cəmiyyətimizlə birlikdə silahlı qüvvələrimizin yanında olduğumuzu bildiririk.

Başqa bir ölkənin vətəndaşı olsaq da,...

02
Noyabr

2 Noyabr

Orduya dəstək

Nar festivalı: Göyçaydan Qarabağa!

Noyabrın 1-də Göyçay rayonunda hər il təşkil olunan ənənəvi Nar festivalı bu il fərqli formatda keçirilib.

“Göyçaydan Qarabağa!” adlı tədbirdə Göyçayın simvolu olan meyvələrin şahı narla yüklənən karvan ön xəttə olan cəbhə bölgəsində hərbçilərimizə göndərilib.

XV Nar festivalını - "Göyçaydan Qarabağa!" adlı tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı...

02
Noyabr

2 Noyabr

İnformasiya müharibəsi

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində ermənilərin saxtakarlığını ifşa edib.

Prezidentin köməkçisi hesabında iki şəkil paylaşaraq bunları yazıb: “Şəkil 1: Ermənistan tərəfindən Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni “Smerch” raketinin mühərrik hissəsi masaya düşərək yerə girib.

Şəkil 2: Uğursuz erməni saxtakarlığı. Onlar hörümçək torunu belə təmizləməyi unudublar”.

02
Noyabr

2 Noyabr

Sosial media

Atəşkəsi pozan düşmənin Su-25 təyyarəsi məhv edildi

Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi, düşmən noyabrın 2-də təxribatlarından, qoyub-qaçdığı Azərbaycan torpaqlarına yenidən hücum etmək cəhdlərindən əl çəkmədi. Nəticədə şanlı Azərbaycan Ordusu işğalçılara yerini göstərərək Ermənistan ordusuna məxsus xeyli sayda silah qüvvə və texnikanı məhv etdi.

Həmin gün Müdafiə Nazirliyinin yaydığı məlumatda düşmənə məxsus Su-25 döyüş təyyarəsinin vurulması xəbəri isə sosial şəbəkələrdə daha çox paylaşıldı. Sosial mediada...