• Xalq
04
Noyabr

4 Noyabr

Prezidentə yazırlar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.

Məktublardan bəzilərini təqdim edirik:

Gürbüz Turğaydan, İstanbul, Türkiyə

“Hörmətli cənab Prezident.

Mənim 68 yaşım var. Hələ keçən əsrin 70-ci illərində tələbə olarkən türk dünyasında baş verənlərlə maraqlanır, çətinlikdə olan qardaşlarımız üçün ürəyimdə dualar edirdim.

Həmin illər ən çox dinlədiyim Zeynəb Xanlarovanın mahnıları idi. Həmin musiqiləri dinləyərək Azərbaycandakı qardaşlarımı düşünürdüm.

Bu illər ərzində həkimlik oxudum, baş həkim dərəcəsinə qədər yüksəldim. Həmişə Azərbaycan bayrağını...

04
Noyabr

4 Noyabr

Orduya dəstək

Qarabağın alban kilsələrini Eçmiədzin işğalçılarından azad edəcəyik! - Xristianlar Nic kəndində dua edir

Azərbaycanın ən qədim xristian xalqlarından olan udilər, ölkəmizin digər xalqları kimi Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edir. Müharibədə Azərbaycanın tamhüquqlu vətəndaşları kimi iştirak edən udilərin həm də dini motivləri var, onlar həm də bu səbəbdən müharibəni azadlıq müharibəsi hesab edir. Bu, tarixi Qafqaz Albaniyasında xristian irsi, xüsusilə də Ermənistan işğalçıları və Eçmiədzin...

04
Noyabr

4 Noyabr

İnformasiya müharibəsi

Ermənistanın muzdlularla bağlı saxta kampaniyasının alt-üst olur

Ermənilərin dezinformasiyası heç bir sərhəd tanımır, Azərbaycan isə informasiya müharibəsi sahəsində də İrəvanı üstələyir. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olunuraq dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırılır.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında bildirib ki, Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün...

04
Noyabr

4 Noyabr

Sosial media

Növbəti erməni vəhşiliyi: Qadağan olunmuş fosforlu bombalar

Müharibə dövründən sosial mediada ən çox paylaşılan foto və videolardan biri də Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə etməsi oldu.

Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamamışdı. Ərazidən iki ədəd ağ fosforlu top mərmisi aşkarlandı və 122 millimetrlik mərmilərin içərisində 3 kiloqram 800 qram ağ fosfor olub.

Fosforlu top mərmiləri partlayış yolu ilə yerində...