Zəfərin yolu
Türkiyənin Elazığ şəhərində Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası təşkil olunub.
Aksiya Elazığ Müəllimlər Evinin qarşısındakı meydanda “Elazığdan Qarabağda dastan yazan qəhrəmanlarımıza məktub” adı altında reallaşıb.
Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə ediblər.
Aksiya keçirilən meydanda qurulmuş lövhələrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Azərbaycan...
İrəvanın döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də uduzması ermənilərin reallıqları dərc edən, Azərbaycanın haqq sözünü yayan mediaya hücumu ilə nəticələndi. Buna misal olaraq “Sərhədsiz reportyorlar” qeyri-hökumət təşkilatının Fransanın “TF 1” televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olmasını, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyini bəyan...
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutdu.
Müdafiə Nazirliyi ölən və xəsarət alanların olması, mülki infrastruktura ciddi ziyan dəyməsi barədə məlumat yaydı. Həmin gün sosial mediada ən çox paylaşılan foto və video şəhərin mərkəzinə atılan raketdən sonra yaranan faciəvi durumla bağlı idi.
İnsanlar dünyasını dəyişən vətəndaşların, dinc sakinlərimizin yaxınlarının acısını bölüşür, düşmənə nifrət...