
Zəfərin yolu
Türkiyədən, eləcə də respublikanın müxtəlif yerlərindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir.
Məktublardan bəzilərini təqdim edirik:
Ali Arasdan, Ankara, Türkiyə
“Hörmətli cənab Prezident.
Sizə Türkiyədən yazaraq eyni kökə, eyni Vətənə malik olduğum üçün fəxr etdiyimi bildirirəm.
Sizin haqlı və qürurlu mübarizənizi, maneələri dəf edərək sürətlə irəliləməyinizi qürurla izləyirəm. Azərbaycanla həmrəy, əl-ələ olmağı bildirmək mənim üçün kifayət deyil, mən ikinci Vətənim üçün daha çox şey etmək istəyirəm.
Buna görə Sizə müraciət edərək...
Türkiyənin İstanbul şəhərində İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib.
“Kadıköy İskele” meydanında Mustafa Kamal Atatürkün heykəli önündə keçirilən aksiya zamanı Azərbaycan icması ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Təbdirdə çıxış edən Mədəniyyət evinin rəhbəri Hikmət Elp və digərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, işğalçı
Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyiblər. Aksiyada Qarabağ həqiqətlərindən...
Müdafiə Nazirliyi növbəti dəfə Ermənistanın mediyaya yalan məlumatlar ötürməsi barədə məlumat yayıb. Bildirilirdi ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.
"Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı...
Vətən müharibəsi zamanı cəbhədə məğlub olaraq geri çəkilən Ermənistan ordusu təəssüf ki, mülki əhalini hədəf alırdı. İşğalçıların atdıqları raket və mərmilər isə dinc sakinlər arasında itkilərə səbəb oldu. Bu mənada erməni vəhşiliyinin Bərdə nümunəsi sosial şəbəkələrdə daha çox müzakirə olunan mövzulardan biri idi.
Oktyabrın 28 də Bərdəni raket atəşinə tutan Ermənistan ordusu burada ötən ilin ən böyük faciələrindən birinə səbəb oldu....