
Zəfərin yolu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əks hücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, komitənin bütün əməkdaşları Azərbaycan Ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.
Qələbə sənindir, Azərbaycan...
Torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda başlanan döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət etmiş balakənli gənclər oktyabrın 1-də böyük coşqu ilə cəbhə bölgəsinə yola salınıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon bölməsinin qarşısına toplaşan valideynlər, rayon ictimaiyyətinin nümayəndələri işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi...
Oktyabrın 1-də xaçmazlı könüllülər düşmənlə döyüşə qatılmaq üçün cəbhəyə yollanıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin qarşısında könüllülərin cəbhəyə yola salınması zamanı böyük coşqu yaşanıb.
Qardaşı oğlunu cəbhəyə yola salan Ağakişi Bədirov böyük qürur hissi keçirdiyini bildirib. “Bir əmi kimi fəxr edirəm. Vətənimiz dardadır. Torpaqlarımızı biz almasaq, kim alacaq? Gənclərimizə uğurlar arzulayıram. Qələbə ilə qayıtsınlar. Qalib gələcəyimizə...