Zəfərin yolu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
Erdal Aksoydan, İstanbul, Türkiyə
“Hörmətli cənab Prezident,
Sizi Türkiyədən salamlamaqdan qürur duyuram. Biz bir millət, iki dövlətik!
Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz hamını qarşıdakı parlaq Qələbəyə ümidləndirir
Cənab Prezident, hər gün televiziyadakı çıxışlarınızı, yeni Qələbə xəbərlərini böyük qürur hissi ilə izləyirik. Sizin türk kanallarına, eləcədə dünyanın bir çox məşhur KİV-inə verdiyiniz müsahibələrinizi...
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və bir çox yaşayış məntəqələrimizi düşmən tapdağından xilas edib. Onlardan biri də Cəbrayıl rayonunun Qumlaq kəndidir. Bu kənd oktyabrın 19-da azad olunub.
Qumlaq kəndinin sakinlərinin 27 illik Vətən həsrəti artıq başa çatıb. Qumlaqlılar indi doğma el-obalarına qayıtmağa hazırlaşırlar.
Qumlaq sakini Əli...
Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də aktiv müharibə aparır. Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərdə əks-hücum əməliyyatlarına başlamasından sonra erməni lobbisinin təsiri altında olan dünyanın bəzi KİV-lərinin ölkəmizə qarşı hücumlarının şahidi oluruq. Təəssüf olsun bəzi məşhur saytlar da yanlış xətti tuturlar. Buna misal olaraq dünyada uçuşlara bələdçi olan məşhur planefinder.net portalını göstərmək olar.
Sayt Azərbaycana qarşı təxribat törədib. Belə ki, işğal olunmuş Azərbaycan əraziləri...
Azərbaycanın dilbər güşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə məşhur olub. Muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi Şuşa...
Müharibənin son günlərində döyüş meydanında məğlub olaraq geri çəkilən Ermənistan ordusu təəssüf ki, növbəti dəfə mülki əhalini hədəf seçdi.
Noyabrın 7-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə rayonunun Yeni Əyricə kəndinə raket atıldı ki, nəticədə 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak oldu.
Sosial şəbəkələrdə erməni faşizminin və vəhşiliyinin növbəti nümunəsi olan bu hadisə ilə
bağlı paylaşımlar gündəm oldu. Xüsusən...