• Xalq
01
Noyabr

1 Noyabr

Prezidentə yazırlar

Türkiyədən, eləcə də respublikanın müxtəlif yerlərindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir.

Məktublardan bəzilərini təqdim edirik:

Çağlar Çakırdan, Ankara, Türkiyə

“Hörmətli cənab Prezident.

Sizə türk xalqının salamlarını və ehtiramını çatdırmaqdan məmnun olduğumu bildirirəm.

Mən Türkiyə Respublikasının vətəndaşı olaraq Sizin haqq davazınızı öz mübarizəm bilirəm. Azərbaycan torpaqları bizim üçün də Vətən sayılır.

Cəbhədə və ya hər hansı bir sahədə mənə ehtiyac olarsa bunu özümə şərəf sayaram.

Allaha əmanət olun.

Yaşasın iki dövlət, bir millət....

01
Noyabr

1 Noyabr

Orduya dəstək

İsveçdə Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil edilib

İsveçin paytaxtı Stokholmda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü təşkil olunub.

İsveçdə yaşayan azərbaycanlıların keçirdiyi yürüşdə Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş 40-a yaxın müxtəlif növlü nəqliyyat vasitəsi Stokholmun Strandvagen bulvarından başlayaraq şəhərin əsas küçələrinə yürüş edib.

Yürüşdə iştirak edən avtomobillər üzərində “Qarabağ Azərbaycandır!” kimi şüarları yerləşdirilib. İştirakçılar yerli ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsindəki Azərbaycanın haqlı mövqeyinə yönəltməyə çalışıblar.

01
Noyabr

1 Noyabr

İnformasiya müharibəsi

Düşmənin növbəti PUA yalanı üzə çıxdı

İşğalçı ordunun ciddi başağrısına çevrilən Azərbaycanın Pilotsuz Uçuş Aparatları(PUA) uğurlu əməliyyatlar reallaşdırır. Bu səbəbdən də rəsmi İrəvan erməni hərbçilərin qorxulu yuxusuna çevrilmiş PUA-larımızla bağlı dəfələrlə heç bir əsası olmayan məlumatlar yaymağa çalışır. Lakin hər dəfə Azərbaycan Müdafiə Nazirliyi bu dezinformasiyaları ifşa edir.

Müdafiə Nazirliyi Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmədiyini və düşmən tərəfinin növbəti...

01
Noyabr

1 Noyabr

Sosial media

Aciz düşmən məcburi köçkünlər üçün salınan yaşayış kompleksini hədəf seçdi

Müharibənin son günlərində ön xəttə Azərbaycan ordusunun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam etdi.

Noyabrın 1-də Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndləri növbəti dəfə Ermənistan silahlı qüvvələrinin bölmələrinin intensiv artilleriya atəşinə məruz qalması sosial mediada ən çox paylaşılan mövzulardan biri oldu. Xüsusən də hücum nəticəsində evlərə və infrastruktura dəyən...