• Xalq
09
Noyabr

9 Noyabr

Orduya dəstək

Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə, həmçinin Vətən müharibəsinə dəstək olmaq məqsədilə Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan bayrağının asılması aksiyası keçirilib.

Aksiya Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Mədəniyyət Assosiasiyasının birgə dəstəyi, “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının üzvlərinin iştirakı ilə keçirilib. Azərbaycan bayrağı dünyanın ən hündür 5-ci, Koreya yarımadasının isə 1-ci binasında - “Lotte World Tower” göydələnində asılıb. Hündürlüyü 541...

09
Noyabr

9 Noyabr

İnformasiya müharibəsi

İrəvanın yalan maşınının son akkordları

Noyabrın 9-da İrəvan informasiya müharibəsində son çabalarını göstərərək daha bir yalanını tirajlayıb. Azərbaycan bu dezinformasiyanı da dərhal ifşa edib.

Müdafiə Nazirliyinin bununla bağlı yaydığı məlumatda deyilir ki, erməni tərəfinin Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur", - məlumatda qeyd olunur.

09
Noyabr

9 Noyabr

Əhaliyə dəyən ziyan

Mülki əhaliyə dəyən ziyan barədə son məlumat

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayılıb.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 3326-dır.

09
Noyabr

9 Noyabr

Sosial media

Qələbəni “Can Azərbaycan” oxuyaraq qeyd edən veteran

Noyabrın 8-də Şuşanın erməni işğalından azad olunması xəbəri yayıldıqdan sonra xalqımız bu hadisəni Bakıda sevinc yürüşü ilə qeyd etdi. Sosial şəbəkələrdə yayılan və ən çox paylaşılan yürüş foto və videolarından biri də yaşlı bir babanın- Ağababa İsgəndərovun əlində bayraqla çətinliklə də olsa "Can Azərbaycan" oxuyub addımlaması idi.

Hər kəs İkinci Dünya müharibəsinin iştirakçısı olmuş 94 yaşlı paytaxt sakininin əlində şanlı bayrağımızı qaldıraraq küçələri dolaşması