Zəfərin yolu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
Afiq Ağayevdən, Krasnoyarsk, Rusiya
“Möhtərəm cənab Prezident,
Mən Füzuli rayonunda anadan olmuşam. Hazırda Rusiya Federasiyasında, Krasnoyarsk şəhərində yaşayıram.
Azad olunan torpaqlara görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyir, uzun ömür, cansağlığı, əsgər və zabitlərimizə isə cəsarət və erkən qələbə arzulayıram.
Vətəndən uzaqda olsaq da qəlbimiz xalqımızın və Sizin yanınızdadır.
Qarabağ Azərbaycandır!”
Akif Ağatalıbovdan, Daşkənd, Özbəkistan
“Müzəffər Ali Baş Komandan,
Siz Azərbaycan Respublikasının...
Türkiyədən Azərbaycana daha bir dəstək nümayiş etdirilib.
İstanbulda yeni tikilmiş Çamlıca qülləsi Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırılıb.
Cəbhədə məğlub olan Ermənistan ordusu “feyk-nyus”ların ümidinə qalıb. Şuşa kimi mühüm strateji əhəmiyyətə malik tarixi və əzəli şəhərimizi işğaldan azad etdikdən sonra İrəvan növbəti dəfə yalan dolu məlumatlar yaymağa başlayıb. İddia olunur ki, guya erməni ordusu şəhəri yenidən işğal etməyi bacarıb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, qarşı tərəf ənənsinə sadiq qalaraq dezinformasiya yaymaqla məşğuldur:
"Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu...
Azərbaycanın tarixi Şuşa şəhəri işğaldan azad edilib.
Azərbaycan xalqı Şuşanın azad olunması xəbərini böyük coşqu ilə qarşılayır. Hazırda ölkəmizin hər yerində Şuşanın azad olunması bayram kimi qeyd edilir.
Qocaman zirvələri alıb qara buludlar
Vətən uğrunda ölməyə hazırıq biz, ay dağlar
Bu dağlardan o yana
Qayalardan o yana,
Qələbəylə dönəcəyik, məni gözlə, ay ana.
Diz çökərəm qarşında ölərəm mən yolunda
Qələbəsiz dönmərəm
Məni gözlə, ay ana.
Bu dağlardan o yana,
Qayalardan o yana,
Qələbəylə dönəcəyik məni gözlə, ay ana.
Yaralı esger dostunu çiynində daşıyanlar,
Göz yaşları gözlərində əbədi quruyanlar
Vahimə ağrı ayrılıq görən körpələr,
Saf uşaqlıq çağlarını dağlarda itirənlər...
Bu dağlardan o yana,
Qayalardan o yana,
Qələbəylə dönəcəyik məni gözlə, ay ana.
Diz çökərəm qarşında, ölərəm...
Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanmaqda davam edirdi. 30 ilə yaxın müddətdə səbirsizliklə gözlədiyimiz günlərdən biri, bəlkə də birincisi isə Qarabağın gözü, açarı, strateji cəhətdən əsas bölgəsi sayılan Şuşanın işğaldan azad olunması xəbəri idi.
Prezident İlham Əliyevin Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq" deməsi isə sosial şəbəkələrdə rezonans doğurdu. Kiçikdən böyüyə hər kəs Ali Baş Komandanın bu müraciətini,