Zəfərin yolu
Azərbaycan Prezidenti İlham Əliyevə məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə Ordumuzun uğurla irəliləməsi, yeni-yeni bölgələrimizi düşməndən təmizləməsi ilə bağlı Sizə minnətdarlığımı bildirirəm. Bu məhz Sizin sayənizdə mümkün olur.
Qürurla bildirirəm ki, bir vətəndaş kimi dövlətim və Vətənim qarşısında müqəddəs borcumu yerinə yetirməyə hər zaman hazıram və könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmişəm. Lakin ahıl yaşımla...
Azərbaycanın Belarusdakı səfirliyində Azərbaycan İcmaları Konqresi, Belarusda yaşayan vətəndaşlarımız və təhsil alan tələbələrimizin iştirakı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü ilə bağlı görüş keçirilib.
Səfirlikdən bildiriblər ki, səfir Lətif Qəndilov görüşün Belarusda yaşayan Azərbaycan diasporunun müraciəti əsasında keçirildiyini deyib, hər kəsdən konkret təkliflərini və fikirlərini söyləməyi xahiş edib.
Tədbirdə Azərbaycan İcmalar Konqresinin rəhbəri Natiq Bağırov çıxış edərək konqresin adından Silahlı Qüvvələrimizə dəstəyini ifadə edib,...
Ermənistan hökuməti heç bir fakta əsaslanmayan, nəinki həqiqətə, heç məntiqə də uyğun gəlməyən şayiələr yayamaqla, xalqının qəzəbini azaltmağa çalışır. Belə şayələrdən biri də guya Azərbaycan ordusunda suriyalı muzdlu əsgərlərin döyüşməsidir.
Bu yalan iddialarını heç cür isbat edə bilməyən erməni mətbuatı “fake” fotolar yaradaraq həm dünya ictimaiyyətini, həm də öz sakinlərini çaş-baş salmağa çalışır. Yayılan saxta fotolardan birində qeyd edilib ki, görüntüdə olan şəxslərdən biri Suriyada döyüşən...
Azərbaycan cüdo ictimaiyyətinin yüzdən çox nümayəndəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
Ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün müraciət etmiş cüdoçular, məşqçilər, hakimlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub.
Düşmənə layiqli cavab verən ordunun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən cüdoçular Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Ölkə cüdo...
Bir il öncə Ermənistan ordusunun Gəncəni raket atəşinə tutmasından sonra şəhər sakinlərindən biri hadisə yerindən erməni vandalizmi ilə bağlı TRT-yə açıqlama verdi. Tariyel Şahverdiyev adlı gəncəlinin “Gəncə əhalisi, ümumiyyətlə Azərbaycan əhalisi qan görəndə qorxmuyor, qan görəndə naaborot qızışıyor” açıqlaması ona məşhurluq gətirdi. İşlətdiyi ifadə nəinki həmin günlərdə sosial mediada ən çox paylaşılan fikirlər oldu, düz bir ildir dillərdə əzbərdir.
Qarabağ qazisi...