01
Oktyabr

1 Oktyabr

Təyyarə və helikopterimizin vurulmasına dair xəbərlər yalandır

Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı mətbuata deyib.

V.Dərgahlı bildirib ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

01
Oktyabr

1 Oktyabr

Yalnız rəsmi mənbələrimizin yaydığı məlumatlara etibar etməklə biz ümumi qələbəmizə töhfə vermiş oluruq

Torpaqlarımızın erməni işğalından azad edilməsi üçün hərbi əməliyyatların aparıldığı vaxtda ölkədə sosial şəbəkələrin fəaliyyətinə qoyulan məhdudiyyətlər hərbi ekspertlər tərəfindən tam doğru qərar kimi dəyərləndirilir.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bunun düşmənin informasiya cəbhəsində təxribatçı məqsədlərinin qarşısını aldığını vurğulayıb. O bildirib ki, dövlət səviyyəsində sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qəbul olunan qərar düzgündür. Ancaq bəzi proqramlar vasitəsilə insanlar həmin sosial...