Sosial media
Xaçmazın Hacıəhmədoba kəndinin xanım sakinlərindən orduya dəstək
Müharibənin gedişində arxa cəbhədən orduya dəstək və yardımlar davam edirdi. Hər kəs əsgərlərə bacardığı, maddi durumunun imkan verdiyi qədər sovqat göndərməyə çalışırdı. Xaçmazın Hacıəhmədoba kəndinin xanım sakinləri isə Azərbaycan ordusuna dəstək vermək üçün maraqlı təşəbbüs irəli sürdülər.
Bir neçə qonşu birləşərək ön cəbhədə döyüşən igid əsgərlərimizə çörək, şirniyyat və müxtəlif un məmulatları hazırladılar.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş şəkildə paylaşıldı. İnsanlar Hacıəhmədoba kəndinin xanım sakinlərininin bu nəcbi və kövrək addımlarını alqışladılar.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.