• Xalq
21
Oktyabr

21 Oktyabr

Prezidentə yazırlar

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlir.

Məktublardan bir neçəsini təqdim edirik:

Ahmet Hulisi Arslandan, Kocaeli, Türkiyə

“Hörmətli cənab Prezident.

Torpaqlarınızın azadlığı üçün göstərdiyiniz əzm və qətiyyəti alqışlayır, baş verən hadisələri qürurla izləyirəm.

Mən ürək və damar xəstəlikləri üzrə cərraham. Müharibə və sülh şəraitində Azərbaycan naminə üzərimə düşən, əlimdən gələn nə varsa etməyə hazıram. Bu səbəbdən mən də əsgəriniz olaraq əmrinizi gözləyirəm”.


Vüqar Səvzəliyevdən, Sakarya, Türkiyə

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən...

21
Oktyabr

21 Oktyabr

Orduya dəstək

Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib 

iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat keçirilən tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır.

Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi...

21
Oktyabr

21 Oktyabr

İnformasiya müharibəsi

Erməni hərbi təbliğat maşınının növbəti uydurması

Rəsmi İrəvanın dövriyəyə buraxdığı məşhur yalanlarından biri də guya hər gün bir döyüş təyyarəmizin vurulmasıdır. Lakin hər dəfə Azərbaycan Müdafiə Nazirliyi bu məlumatların "Fake" xəbər olduğunu bəyan edir. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, Ermənistan tərəfinin Azərbaycana məxsus hərbi təyyarənin guya vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti uydurmasıdır.

21
Oktyabr

21 Oktyabr

Sosial media

 Xudayar Yusifzadənin ifası sosial şəbəkələrdə trendə çevrildi

Şəhid Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl döyüş bölgəsində Əliağa "Vətən yaxşıdır" mahnısını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial şəbəkələrdə trendə çevrilib. Onun ifası şəhid olmasından sonra geniş yayıldı və Xudayar Yusifzadə qısa müddət ərzində daha çox tanındı.