• Xalq
30
Sentyabr

30 Sentyabr

Prezidentə yazırlar

Türkiyədən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlir.

Türkiyə vətəndaşlarından gələn məktublardan bəzilərini təqdim edirik:

“Hörmətli cənab Prezident.

Mən Türkiyə vətəndaşı, şəhid qardaşı olaraq Azərbaycanı şərəfli mübarizəsində dəstəklədiyimi bildirirəm. Ölkəmin terrorla mübarizəsində iştirak etdiyimi, terrorla məşğul olan işğalçıların dinc əhalini rahat yaşamağa qoymadığını yaxşı bilirəm.

Mənim üçün Türkiyə də, Azərbaycan da vətəndir. Vətənimin hər qarışı mənim üçün müqəddəsdir. Şanlı qələbənizin qazanılması üçün irəlilədiyiniz yolda Sizinlə birlikdə addımlamaq mənim üçün...

30
Sentyabr

30 Sentyabr

Orduya dəstək

Azərbaycanda bir sıra tanınmış özəl şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə bağlı müraciət yayıblar

YAP-dan bildirilib ki, müraciətdə deyilir: “Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısının qüdrətli Azərbaycan Ordusu tərəfindən alınması, düşmənə layiqli cavab verilməsi və işğal altında olan bəzi ərazilərimizin azad edilməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Ordusuna qətiyyətli dəstək verir, cəmiyyətimizdə milli həmrəylik hökm sürür....

30
Sentyabr

30 Sentyabr

İnformasiya müharibəsi

Sosial şəbəkələrdə erməni təxribatına görə DTX hərəkətə keçdi

Düşmənin xüsusi xidmət orqanları da informasiya savaşında aktiv görünməyə çalışır. Lakin Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) sayıqlığı nəticəsində cəmiyyətimiz məlumatlandırıldı, İrəvanın bu xain planları da ifşa olundu. DTX-nın İctimai əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir:

"Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə...

30
Sentyabr

30 Sentyabr

Könüllülük

Könüllülər cəbhəyə böyük coşqu ilə yola salınıblar

Bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşə gedən könüllü gənclər cəbhəyə yola salınıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında toplaşan valideynlər övladlarını alqışlarla yola salıb, onlara bu şərəfli yolda uğurlar arzulayıblar.

Könüllülər işğal altındakı torpaqlarımızı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edəcəklərinə söz veriblər.

Onların valideynləri və yaxınları isə işğal olunmuş ərazilərimizin düşməndən azad...

30
Sentyabr

30 Sentyabr

Sosial media

Yol kənarında "Əsgər payı" piştaxtası

İşğal altında saxlanılan torpaqların azadlığı uğrunda döyüşlər başlayandan dərhal sonra Azərbaycan xalqı Orduya mənəvi və maddi dəstəyini nümayiş etdirdi. Müharibənin ilk günlərində sosial mediada əsgərə sovqat, ərzaq, müxtəlif geyim və əşyaların göndərilməsi ilə bağlı görüntülər gündəm oldu. Belə paylaşımlardan biri də Ucarda magistral yolun kənarında qoyulan piştaxta fotosu idi.

Müxtəlif meyvələr, şirniyyatlar, su və digər ərzaqlar yığılmış piştaxtaya “Əsgər payı” yazısı vurulmuşdu. Bu məhsullar yoldan keçən və...