Zəfərin yolu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə vətəndaşlardan məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
Xalidə Əhmədovadan, İsmayıllı, Azərbaycan
“Möhtərəm Cənab Prezident.
Sizin yerində verdiyiniz qərarlar və ordumuzun göstərdiyi şücaət nəticəsində illərdir arzusunda olduğumuz torpaqlar növbə ilə geri qayıdır. Bu münasibətlə Sizi təbrik edir, gələcəkdə də verdiyiniz qərarlarda Sizin yanınızda olacağımı diqqətinizə çatdırıram. Bir İsmayıllı gənci, Azərbaycan gənci olaraq verdiyiniz qərarlara görə Sizə təşəkkür edirəm”.
Nərgiz Rəhimlidən, Bakı, Azərbaycan
“Cənab Prezident İlham...
Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə Şəki şəhər sakini Hikmət Musayev “ASAN xidmət” mərkəzinə gələrək ordumuza 180 manat maddi dəstək olub.
O, eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.
ASAN könüllüləri Baş Küngüt kəndinin sakini olan Hikmət Musayevə şanlı Azərbaycan Bayrağını təqdim ediblər. Hikmət Musayev müqəddəs bayrağımızı öpərək təhvil alıb. O, qəhrəman Vətən övladlarının qələbəsinə...
Sosial şəbəkələrdə erməni yalanlarının ifşa edilməsi istiqamətdə aktiv olan “Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanlarını üzə çıxarıb. Bu faktlar yerli mediada da dərc edilib.
Düşmənin yaydığı dezinformasiya xarakterli məlumatlar, o cümlədən muzdlu rus əsgərlərin Xankəndinə girəcəyi, Azərbaycan Skautlar Assossasiyasının rəhbərinin könüllü olaraq düşmən tərəfə keçməsi, Türkiyənin 1500 suriyalı yaraqlını Azərbaycana göndərməsi kimi saxta məlumatlar ifşa olunub.
Müğənni-bəstəkar Murad Arif vətənpərvərlik mövzusunda olan "Qələbə" adlı mahnısı ilə haqq savaşımız dövründə diqqət çəkib. Bəstənin sözləri və musiqisi sənətçinin özünə məxsusdur.
“Kamança və rok qarışığı olan bu musiqi hələ 2016-ci il Aprel hadisələrindən təsirlənərək bəstələnib. Amma, düz 4 il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət indi içimdəki hisslər, musiqiylə uyğunlaşdı. İstəyirəm ki, bu mahnıyla bütün enerjimi, arzularımı, duyğularımı xalqımız, hərbçilərimiz duysun...”, sənətçi yeni mahnısını paylaşaraq rəsmi feysbuk səhifəsində bu sözləri yazıb.
REAL TV cəbhə xəttindən reportaj hazırlayan zaman 39 yaşlı gizir Cavanşir Nəcəfov Mirşahin Ağayevə verdiyi müsahibəsində həmin gün kiçik qızı, 7 yaşlı Xədicənin ad günü olduğunu demişdi. Məlum reportaj efirə gedəndən sonra ön xətdə olan hərbçimizin ailəsinə göndərdiyi salam, qızını təbrik etməsi sosial şəbəkələrdə gündəmə çevrildi. Vətənpərvər gənclərimiz Cavanşir Nəcəfovun qızına sürprizlər edərək onu təbrik etməyə gedirdilər.
Hərbçi atanın qızı ilə bağlı arzusunu...