
Zəfərin yolu
“Ulu Aqro” MMC-nin Qax Aqroparkı Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.
“Ulu Aqro” MMC-nin Qax Aqroparkı bu şərəfli dövrdə Silahlı Qüvvələr Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında olduğunu bildirir.
Oktyabrın 1-də İstanbulun Kadıköy rayonunda “Səninləyik Azərbaycan” şüarı altında növbəti dəstək aksiyası keçirilib.
Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu deyib: “Artıq 28 ildir haqsız yerə, dünya ictimaiyyətinin gözü önündə Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu işğala son verilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alınan qərarın sonuna qədər arxasındayıq. Bölgədə...
Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınamaq və buna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara dəstək məqsədilə qardaş Türkiyənin müxtəlif bölgələrində tədbirlər keçirilir.
Bu məqsədlə ölkənin Kocaeli vilayətinin Böyükşəhər Bələdiyyəsinin binasına iri Azərbaycan və Türkiyə bayraqları asılıb.
Şəhərin küçə və prospektlərinə Azərbaycana dəstək məqsədilə “Türk milləti olaraq canımızın digər hissəsi olan Azərbaycan türklərinin yanındayıq” şüarları asılıb. Ölkənin İzmir və Balıkesir şəhərlərinin rəmzləri...
Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir.
Bu gün müstəqil Azərbaycan dövləti güclü orduya sahibdir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir sırada öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı...
Ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır. Hər zaman ordumuzla bir olan vətəndaşlarımız əsgərlərimizi ziyarət edir, hərbi hissələrimizə sovqat gətirir, şəxsi heyətə mənəvi dəstək olurlar.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Ordubad Rayon İcra Hakimiyyəti, Şərur rayonun Vərməziyar və Qorçulu kəndlərinin, Babək rayon Qoşadizə kəndinin, Şahbuz və Sədərək rayonlarının sakinləri tərəfindən Əlahiddə...