06
Oktyabr

6 Oktyabr

Biz – Azərbaycan yəhudiləri azərbaycanlı qardaşlarımızla birlikdə Vətənimizi müdafiə edəcəyik!

Artıq 30 ilə yaxındır ki, Ermənistan silahlı münaqişə törədib və suveren Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal edib. İşğal dövründə ələ keçirilmiş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı belə etnik təmizləmələrdən biridir. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs haqqında müqavilə bağlanıb və danışıqlar prosesi başlanıb. Danışıqlar 26 il davam edib! Bu illər ərzində...

06
Oktyabr

6 Oktyabr

Gömrük Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dövlət Gömrük Komitəsi (DGK) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, komitənin əməkdaşları könüllü olaraq əməkhaqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!

Qarabağ Azərbaycandır!

06
Oktyabr

6 Oktyabr

Niderland azərbaycanlıları Ermənistanın hərbi təxribatına dair beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Niderland Krallığında yaşayan Azərbaycan icmasının üzvləri Benelüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində toplaşıblar.

Toplantıda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Azərbaycan Türk Kültür Dərnəyi, Covor Rusdilli Yəhudi İcmasının üzvləri iştirak ediblər.

Tədbirdə sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından və Azərbaycan Ordusunun şanlı qələbələrindən danışılıb. İştirakçılar ordumuza və dövlətimizin Dağlıq Qarabağ siyasətinə dəstəklərini bildiriblər. Soydaşlarımızın Niderland cəmiyyətini ölkəmizin reallıqlarına dair...

06
Oktyabr

6 Oktyabr

“Avromed” şirkəti cəbhəyanı əraziləri tibbi maska ilə təmin edib

Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatlarının davam etdiyi bir vaxtda cəbhəyanı bölgədə fəaliyyət göstərənlərin pandemiya təhlükəsinə qarşı tədbirli olması çox vacibdir. Bunu nəzərə alan “Avromed” şirkəti cəbhəyanı ərazilərə 10 000 ədəd tibbi maska göndərib.

Şirkətdən bildirilib ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinin dərman təchizatında heç bir çətinlik yaşanmaması üçün “Avromed” şirkəti cəbhəyanı bölgələrdə dərman vasitələrinin təminatına nəzarət edir.

Gücləndirilmiş rejimdə fəaliyyət göstərən gərargah...

06
Oktyabr

6 Oktyabr

Baş Prokurorluq Azərbaycan Ordusuna belə dəstək oldu

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti qüdrətli Azərbaycan Ordusuna dəstək məqsədilə videoçarx hazırlayıb.

Videoçarxda xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu qüdrətli Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr vurması əks olunub. Həmçinin videoçarxda Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza müraciətində ifadə etdiyi “Biz öz torpağımızda vuruşuruq. Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır....

06
Oktyabr

6 Oktyabr

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbər işçiləri bir aylıq əmək haqqlarını Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürdü

Auditorlar Palatasının rəhbər işçiləri biraylıq əməkhaqlarını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Palatadan bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən dövlət qurumları, o cümlədən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları Şanlı Ordumuza dəstək məqsədilə müxtəlif vasitələrlə dəstək olurlar. Qəhrəman...

06
Oktyabr

6 Oktyabr

“My Broker”dən Ordumuza dəstək

Ordumuza və dövlətimizə dəstək, Qarabağa aparan yolda bütöv hərəkatın tərkib hissəsi olmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli çıxışları və başçılığı ilə torpaqlarımızın bütövlüyü uğrunda uğurlu hərbi əməliyyatlarını davam etdirən şanlı Ordumuza dəstək məqsədilə “My Broker” Gömrük Təmsilçiliyi şirkətə məxsus “Mitsubishi Pajero” markalı avtomobilini hərbi təyinatlı göstəricilərə uyğunlaşdırıb və kamuflyaj olunaraq cəbhə bölgəsində istifadəyə bağışlayıb.

Yaşasın Azərbaycan Ordusu, yaşasın Vətən!

06
Oktyabr

6 Oktyabr

“Təmiz Qaz”-dan Silahlı Qüvvələrə dəstək

İşğalda olan torpaqlarımızın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşən şanlı Ordumuza dəstək hər bir vətəndaşın borcudur. Bu baxımdan “Təmiz Qaz” QSC Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat ianə edib.

Biz daim Ordumuzun yanındayıq. Əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!

06
Oktyabr

6 Oktyabr

Əqli Mülkiyyət Agentliyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb.

Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi, o cümlədən tabeliyində olan qurumlarının əməkdaşları könüllü qaydada əməkhaqqı fondundan Silahlı Qüvvələrə Yardım Fonduna 35 min manat ianə edib.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, bundan...

06
Oktyabr

6 Oktyabr

Respublika Veteranlar Təşkilatının rəhbərliyi və əməkdaşları biraylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nümunəvi addımına dəstək olaraq biraylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

Respublika Veteranlar Təşkilatından bildiriblər ki, bununla yanaşı, Təşkilatın əməkdaşları da biraylıq maaşlarının bir hissəsini fonda bağışlayıblar.

General-polkovnik Tofiq Ağahüseynov Vətənin...

06
Oktyabr

6 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını böyük sevinclə qarşılayan vətəndaşlar, dövlət və özəl qurumlar Silahlı Qüvvələrimizə maddi və mənəvi baxımdan dəstək olmağa çalışırlar.

Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

06
Oktyabr

6 Oktyabr

AQTA əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentliyin əməkdaşları könüllü olaraq biraylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Agentliyin əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının...

06
Oktyabr

6 Oktyabr

Frankfurt-Maynda Azərbaycanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirilib

Almaniyanın Frankfurt-Mayn şəhərində Azərbaycanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirilib.

Mitinq və yürüş Frankfurt-Mayn və ətrafında yaşayan Azərbaycan nümayəndələri tərəfindən təşkil edilib.

Bu günlərdə bütün Almaniyada olduğu kimi, ölkənin maliyyə paytaxtında da Almaniyanın birləşməsinin 30 illiyi ilə bağlı böyük tədbirlər keçirilir. Bu əlamətdar tarixdən istifadə edən Azərbaycan diasporunun nümayəndələri Dağlıq Qarabağla bağlı şüarlar səsləndirib, cəbhədəki mövcud vəziyyətlə bağlı şəhər sakinlərinə məlumatlar təqdim...

06
Oktyabr

6 Oktyabr

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, Dövlət Komitəsinin rəhbər şəxsləri könüllü olaraq bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Dövlət Komitəsi müzəffər Azərbaycan...

06
Oktyabr

6 Oktyabr

Kanadada yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçiriblər

Kanadanın Kalqari şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiya Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin (ALACS) təşkilatçılığı ilə baş tutub. Yürüş şəhərin mərkəzində yerləşən “Municipal Plaza”dan başlayaraq 3-cü SW küçəsinə qədər davam edib. Aksiyaçılar geriyə də yürüş etməklə qayıdıblar.

Azərbaycan, Türkiyə, Kanada və İraq türkmənlərinin bayraqlarının dalğalandığı, “Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulsun!” şüarı...

06
Oktyabr

6 Oktyabr

Masallının mədəniyyət işçilərindən cəbhə bölgəsində olan hərbçilərimizə dəstək

Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən hərbiçilərimizə dəstək aksiyasına başlanıb.

İlkin olaraq 3000 ədədə yaxın yun corab, 100 ədəd yataq üstlüyü, 300 ədəddən çox yun papaq, 300 ədəddən çox yun alt geyimi və 300 ədəddən çox əlcək hazırlanaraq oktyabrın 9-da cəbhə bölgəsinə göndəriləcək.

Aksiyaya qoşulmaq istəyənlər Masallı Regional Mədəniyyət İdarəsinə müraciət edə bilərlər.

06
Oktyabr

6 Oktyabr

Neftçilər cəbhədəki qələbələrlə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər

Oktyabrın 5-də SOCAR-ın baş ofisində şirkətin rəhbərliyinin iştirakı ilə onlayn müşavirə keçirilib.

SOCAR-dan bildirilib ki, müşavirədə neftçilərin Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda həyata keçirdiyi müzəffər siyasətə, dövlətimizin başçısının Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətində Ermənistana qarşı irəli sürdüyü şərtlərə mütləq dəstək ifadə olunub. Qeyd edək ki, həmin şərtlərdə Ermənistanın baş nazirindən bir il...

06
Oktyabr

6 Oktyabr

Vəkillər Kollegiyasından Silahlı Qüvvələrə dəstək

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından bildirilib ki, iclasda çıxış edən sədr Anar Bağırov son bir həftədə cəbhə bölgəsində davam edən əməliyyatlar, o cümlədən, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına tarixi müraciəti barədə danışıb, tarixi Azərbaycan torpaqlarının erməni işğalından azad olunması münasibətilə iclas iştirakçılarını təbrik edib.

İclasda qeyd olunub ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt...

06
Oktyabr

6 Oktyabr

“Medika” hospitaldan Azərbaycan əsgərlərinə dəstək

“Medika” hospital Azərbaycan əsgərlərinə dəstək nümayiş etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əks-hücum əməliyyatlarına dəstək məqsədilə “Medika” hospital da bütün imkanlarını səfərbər etməyə hazırdır:

"Bütün kollektivimiz əmindir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan uğurlu siyasətin nəticəsi olaraq hazırda cəbhədə həyata keçirilən əks-hücum əməliyyatları da tezliklə uğurla nəticələnəcək və Azərbaycan əsgəri üçrəngli bayrağımızı müqəddəs torpaqlarımızda dalğalandıracaq.

Ali Baş...

06
Oktyabr

6 Oktyabr

Səhiyyə Nazirliyinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Səhiyyə Nazirliyinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

06
Oktyabr

6 Oktyabr

Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasından hərbçilərimizə sovqat

Azərbaycan Ordusunun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza böyük fərəh hissi yaşadır. Vətəndaşlarımız hərbi hissələrə gedərək, əsgərlərimizi ziyarət edir, onlara sovqat aparır və mənəvi dəstək olurlar.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildiriblər ki, universitetin Ortopedik stomatologiya kafedrasının kollektivi də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizə baş çəkiblər. Əsgərlərimizə yardım məqsədilə topladıqları maddi vəsait hesabına aldıqları zəruri məişət ləvazimatlarını və...

06
Oktyabr

6 Oktyabr

Gürcüstan Müsəlmanları İdarəsi Azərbaycan Ordusuna dəstək nümayiş etdirib

Tbilisi Cümə məscidində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman əsgərlər üçün dualar oxunub, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Mərasimdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, Ruhanilər Heyətinin üzvü hacı Kamran Məmmədov, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri hacı İsak Novruzov və başqaları torpaqlarının azadlığı uğrunda əks-hücum əməliyyatı aparan Azərbaycan dövlətinin mövqeyini dəstəklədiklərini bildiriblər.

Qeyd olunub ki, 30 ilə yaxın bir vaxtda...