06
Oktyabr

6 Oktyabr

İnformasiya müharibəsi

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Twitter” hesabı açılıb

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Twitter” hesabı açılıb.

Bununla əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabı aşağıdakı linkdədir: https://twitter.com/wwwmodgovaz ”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.