05
Oktyabr

5 Oktyabr

Belarusda yaşayan soydaşlarımızdan Azərbaycana dəstək

Azərbaycanın Belarusdakı səfirliyində Azərbaycan İcmaları Konqresi, Belarusda yaşayan vətəndaşlarımız və təhsil alan tələbələrimizin iştirakı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü ilə bağlı görüş keçirilib.

Səfirlikdən bildiriblər ki, səfir Lətif Qəndilov görüşün Belarusda yaşayan Azərbaycan diasporunun müraciəti əsasında keçirildiyini deyib, hər kəsdən konkret təkliflərini və fikirlərini söyləməyi xahiş edib.

Tədbirdə Azərbaycan İcmalar Konqresinin rəhbəri Natiq Bağırov çıxış edərək konqresin adından Silahlı Qüvvələrimizə dəstəyini ifadə edib,...

05
Oktyabr

5 Oktyabr

Azərbaycan Ağsaqqallar Şurası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan rəşadətli Ordumuza dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 60 min manat vəsait köçürüb.

Bu barədə Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial...

05
Oktyabr

5 Oktyabr

DTX Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində ianə ediblər.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

05
Oktyabr

5 Oktyabr

Mədəniyyət Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 80 000 manat vəsait ayırıb

Mədəniyyət Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna Nazirliyin Mərkəzi Aparatının əməkdaşlarının könüllü iştirakı ilə 80 000 manat vəsait ayırıb.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki...

05
Oktyabr

5 Oktyabr

Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarından Silahlı Qüvvələrə Yardım Fonduna ianə

Bu gün hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Ordumuzun uğurlu əməliyyatlarından qürur duyur və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə tezliklə zəfər çalacağımıza inanır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, komitənin əməkdaşları da ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə mübarizə aparan Azərbaycan Ordusuna dəstək kampaniyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

05
Oktyabr

5 Oktyabr

“Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 min manat köçürüb

Ölkənin müasir fermer təsərrüfatlarından biri olan “Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb.

MMC bu şərəfli dövrdə Silahlı Qüvvələrə Yardım Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında...

05
Oktyabr

5 Oktyabr

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparatının işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparatının işçiləri bir aylıq əməkhaqlarını işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinə əmindir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!

05
Oktyabr

5 Oktyabr

Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə əlaqədar Azərbaycan ordusu əks-hücuma keçib. Nəticədə işğal altındakı ərazilərimizin bir hissəsi şanlı ordumuz tərəfindən azad edilib.

Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, əməkdaşlar Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən rəşadətli ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna öz maaşlarından vəsait köçürüblər. Məlumatda deyilir: “Mübariz ordumuzun növbəti zəfər xəbərlərini tezliklə...

05
Oktyabr

5 Oktyabr

"Zəfər" - DSX-dan motivasiya videosu

Rəşadətli Azərbaycan Ordusu xalqımıza böyük qələbə sevinci yaşatmaqda davam edir. Son günlər bir çox ərazilərimizin işğaldan azad edilməsi soydaşlarımıza bayram ab-havası bəxş edib, zəfər xəbərləri insanlar arasında ruh yüksəkliyi yaradıb.

Belə xoş günlər yaşadığımız məqamda Dövlət Sərhəd Xidməti tərəfindən yeni videoçarx hazırlanıb.

05
Oktyabr

5 Oktyabr

Baş Prokurorluğun əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 280 min manat vəsait köçürüblər

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir.

Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun ən yüksək səviyyədə təchizatı təmin edilir.

Torpaqlarımızın işğaldan azad olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları xalqımızda böyük...