İnformasiya müharibəsi
Erməni mətbuatının növbəti yalanı üzə çıxdı
Ermənistan hökuməti heç bir fakta əsaslanmayan, nəinki həqiqətə, heç məntiqə də uyğun gəlməyən şayiələr yayamaqla, xalqının qəzəbini azaltmağa çalışır. Belə şayələrdən biri də guya Azərbaycan ordusunda suriyalı muzdlu əsgərlərin döyüşməsidir.
Bu yalan iddialarını heç cür isbat edə bilməyən erməni mətbuatı “fake” fotolar yaradaraq həm dünya ictimaiyyətini, həm də öz sakinlərini çaş-baş salmağa çalışır. Yayılan saxta fotolardan birində qeyd edilib ki, görüntüdə olan şəxslərdən biri Suriyada döyüşən “Sultan Murad” türk hərbi qruplaşmasının komandiri, digəri isə məşhur terrorçu Əbu Hamşadır. Və iddia olunub ki, bu döyüşçülər hazırda Azərbaycandadır. Fotonun əslinin isə tamamilə fərqli olduğu üzə çıxdı.