Sosial media
“Gəncə əhalisi qan görəndə qorxmuyor, naaborot qızışıyor"
Bir il öncə Ermənistan ordusunun Gəncəni raket atəşinə tutmasından sonra şəhər sakinlərindən biri hadisə yerindən erməni vandalizmi ilə bağlı TRT-yə açıqlama verdi. Tariyel Şahverdiyev adlı gəncəlinin “Gəncə əhalisi, ümumiyyətlə Azərbaycan əhalisi qan görəndə qorxmuyor, qan görəndə naaborot qızışıyor” açıqlaması ona məşhurluq gətirdi. İşlətdiyi ifadə nəinki həmin günlərdə sosial mediada ən çox paylaşılan fikirlər oldu, düz bir ildir dillərdə əzbərdir.
Qarabağ qazisi və "Gəncə batalyonu"nun keçmiş komandiri olan Tariyel Şahverdiyevin "qan görəndə qorxmuyoruz, naaborot qızışıyoruz" fikri sosial şəbəkələrdə trendə çevrildi. İnsanlar erməni faşizmini özündə əks etdirən Gəncə hadisələrinə dair foto və videolar ilə paralel olaraq Tariyel Şahverdiyevin məlum açıqlamasını xüsusi həştəqlərlə paylaşaraq xalqımızın döyüş əhval-ruhiyyəsini daha da yüksəldirdilər.