Zəfərin yolu
Hərbçilərimiz Cəbrayıl rayonu istiqamətində uğurlu əks-hücum əməliyyatları gerçəkləşdirən vaxtı sosial mediada maraqlı bir foto yayıldı. İrəliləyən rəşadətli Azərbaycan Ordusuna dair fotoların içərisindən seçilən bu şəkil Cəbrayıl rayonunun işğaldan azad edilmiş Horovlu kəndində çəkilmişdi. Sosial şəbəkələrin trendinə çevrilən fotoda Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonundan olan mayoru Camal Qəmbərov əks olunub. O, 7 yaşında tərk etmək məcburiyyətində qaldığı doğma Horovlu kəndindəki həyətlərində...
Vətən müharibəsi zamanı xalq Azərbaycan Ordusuna mənəvi dəstək nümayiş etdirməklə yanaşı maddi dəstəyini də əsirgəmədi. Sosial şəbəkələrdə tez-tez əsgərə sovqat hazırlayıb göndərən, şirniyyatlar bişirən, öz təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürənlərlə bağlı paylaşımlara rast gəlinirdi.
Belə məşhur paylaşımlardan biri də yol kənarında manqal qoyub buradan keçən hərbi maşınlar üçün kabab bişirən vətəndaşın fotosu oldu. Məlum fotolar qısa zamanda sosial