
Zəfərin yolu
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il oktyabrın 1-dək 120 milyon 106 min 408,24 manat, 218 min 680,68 ABŞ dolları, 18 min 341 avro və 5000 min rubl vəsait daxil olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təkcə bir ay ərzində - sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593,07 manat və 5102,8...
Heydər Əliyev Mərkəzinin əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına dəstək və vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.
Xatırladaq ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.
Bakı Şəhər İcra Hakimiyyətinin, onun strukturlarının və paytaxt rayon İcra hakimiyyətlərinin əməkdaşları bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Azərbaycan Respublikasının Milli Məclisi olaraq rəşadətli və müzəffər ordumuzun vətən müharibəsində böyük...
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Azərbaycan Ordusuna dəstək aksiyasına qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 AZN məbləğində pul vəsaiti köçürüb.
Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir: “Qeyd edək ki, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini, Cenevrə konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını...
İqtisadiyyat Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, nazirlik və onun strukturuna daxil olan qurumların əməkdaşları işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarını ianə ediblər.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı...
Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək üçün Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb.
Təhsil Nazirliyindən bildirilib ki, nazirlik işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat pul köçürüb.
Zəfər sənindir, Azərbaycan əsgəri!
Müzəffər Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda həyata keçirdiyi hərbi əməliyyatlara dəstək olaraq başlanan kampaniyada “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) də fəal iştirak edir.
ASC-dən bildirilib ki, səhmdar cəmiyyətin rəhbərliyi və məsul vəzifələrdə çalışan şəxslər bir aylıq məvaciblərini Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Bundan əlavə ASC cəbhəyə yardım karvanı aparıb. Eyni zamanda, cəbhə bölgəsində gedən döyüşlərdə baş verən qəzaların aradan qaldırılmasında da ASC imkanlarını səfərbər edib.
Qeyd...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.
Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və...
Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.
Xatırladaq ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildən yaradılıb. Fonda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.
Ordumuzun uğurlu əks-hücum əməliyyatının davam etdiyi bir vaxtda xalqımız ordumuzla birlik nümayiş etdirir, yerli sakinlər əsgərlərimizə sovqat gətirir və mənəvi dəstək olurlar.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, “Ləzzət” Qida Sənaye MMC və “Babək Sirab” ASC tərəfindən əsgərlərimiz üçün hərbi hissəyə sovqat olaraq müxtəlif adda şirniyyatlar və qablaşdırılmış sular təhvil verilib. Hərbçilər gətirilən sovqatlara və göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Şərur rayonunun Danyeri...